Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 9

Zəbur 9:9-16

Help us?
Click on verse(s) to share them!
9Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.
10İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
11Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin!
12O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur.
13Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
14Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım!
15Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib.
16Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela

Read Zəbur 9Zəbur 9
Compare Zəbur 9:9-16Zəbur 9:9-16