Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 9

Zəbur 9:4-9

Help us?
Click on verse(s) to share them!
4Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin.
5Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin.
6Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu.
7Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub.
8Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir.
9Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır.

Read Zəbur 9Zəbur 9
Compare Zəbur 9:4-9Zəbur 9:4-9