Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 99

Zəbur 99:1-9

Help us?
Click on verse(s) to share them!
1Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
3Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
4Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
6Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi.
7Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin.
9Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!

Read Zəbur 99Zəbur 99
Compare Zəbur 99:1-9Zəbur 99:1-9