Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 94

Zəbur 94:19-23

Help us?
Click on verse(s) to share them!
19Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
20Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
21Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar.
22Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu!
23Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək!

Read Zəbur 94Zəbur 94
Compare Zəbur 94:19-23Zəbur 94:19-23