Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 91

Zəbur 91:3-14

Help us?
Click on verse(s) to share them!
3Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
4Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
5Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
6Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
7Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
8Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
9«Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
10Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
11Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
12Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
13Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
14«Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.

Read Zəbur 91Zəbur 91
Compare Zəbur 91:3-14Zəbur 91:3-14