Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 89

Zəbur 89:40-50

Help us?
Click on verse(s) to share them!
40Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən.
41Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar.
42Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən.
43Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan.
44Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən.
45Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. Sela
46Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan?
47Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan!
48İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? Sela
49Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı? Çünki bu barədə Davuda sədaqətlə and içdin.
50Ey Xudavənd, unutma, gör bu bəndən necədir, Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.

Read Zəbur 89Zəbur 89
Compare Zəbur 89:40-50Zəbur 89:40-50