Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 89

Zəbur 89:15-30

Help us?
Click on verse(s) to share them!
15Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
16İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
17Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.
18Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir.
19Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
20Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
21Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
22Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.
23Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.
24Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq.
25Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam.
26Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!”
27Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm.
28Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam.
29Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam.
30Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar,

Read Zəbur 89Zəbur 89
Compare Zəbur 89:15-30Zəbur 89:15-30