Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 88

Zəbur 88:5-16

Help us?
Click on verse(s) to share them!
5Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.
6Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.
7Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela
8Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,
9Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.
10Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela
11Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
12Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq?
13Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.
14Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən?
15Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
16Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram.

Read Zəbur 88Zəbur 88
Compare Zəbur 88:5-16Zəbur 88:5-16