Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 84

Zəbur 84:3-7

Help us?
Click on verse(s) to share them!
3Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar.
4Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! Sela
5Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
6Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər.
7Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar.

Read Zəbur 84Zəbur 84
Compare Zəbur 84:3-7Zəbur 84:3-7