Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 81

Zəbur 81:2-16

Help us?
Click on verse(s) to share them!
2İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın.
3Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın!
4Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür.
5O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim:
6«Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun.
7Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. Sela
8Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin!
9Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın.
10Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
11Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi.
12Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər.
13Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi!
14Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım.
15Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi, Əbədi olaraq vaxtları belə keçərdi.
16Sizə taxılın əlasını yedirərdim, Sizi qayadan axan balla bəsləyərdim».

Read Zəbur 81Zəbur 81
Compare Zəbur 81:2-16Zəbur 81:2-16