Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 80

Zəbur 80:2-18

Help us?
Click on verse(s) to share them!
2Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
4Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
5Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
6Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
7Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
8Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin.
9Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü.
10Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı.
11Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı.
12Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
13Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir.
14Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal.
15Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən.
16Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
17Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun.
18Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq.

Read Zəbur 80Zəbur 80
Compare Zəbur 80:2-18Zəbur 80:2-18