Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 7

Zəbur 7:7-16

Help us?
Click on verse(s) to share them!
7Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
8Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
11Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
12Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
13Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
14Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
15Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
16Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.

Read Zəbur 7Zəbur 7
Compare Zəbur 7:7-16Zəbur 7:7-16