Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 7

Zəbur 7:1-10

Help us?
Click on verse(s) to share them!
1Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon. Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et.
2Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar.
3Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
4Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
5Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela
6Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
7Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
8Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.

Read Zəbur 7Zəbur 7
Compare Zəbur 7:1-10Zəbur 7:1-10