Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 76

Zəbur 76:1-9

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Asəfin simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Bir ilahi. Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür.
2Çardağı Salemdədir, Məskəni Siondadır.
3Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. Sela
4Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən!
5Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı.
6Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.
7Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?
8Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.
9Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela

Read Zəbur 76Zəbur 76
Compare Zəbur 76:1-9Zəbur 76:1-9