Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 75

Zəbur 75:2-8

Help us?
Click on verse(s) to share them!
2Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.
3Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela
4Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,
5Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».
6İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
7Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.
8Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.

Read Zəbur 75Zəbur 75
Compare Zəbur 75:2-8Zəbur 75:2-8