Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 74

Zəbur 74:3-13

Help us?
Click on verse(s) to share them!
3Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
4Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər.
5Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər.
6Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər.
7Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
8«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
9Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək?
11Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.
12Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
13Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.

Read Zəbur 74Zəbur 74
Compare Zəbur 74:3-13Zəbur 74:3-13