Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 72

Zəbur 72:6-20

Help us?
Click on verse(s) to share them!
6Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
7Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
8Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
9Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
10Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
11Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
12Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
13Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
14Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
15Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.
16Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin.
17Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!
18Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına!
19Onun şərəfli adına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!
20Yessey oğlu Davudun duaları burada sona çatır.

Read Zəbur 72Zəbur 72
Compare Zəbur 72:6-20Zəbur 72:6-20