3Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.
4Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin.
5Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun.
6Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
7Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
8Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
9Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
10Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
11Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
12Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.