Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 71

Zəbur 71:1-16

Help us?
Click on verse(s) to share them!
1Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma.
2Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et.
3Mənə sığınacaq qaya ol, Qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən.
4Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar.
5Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm.
7Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun.
8Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm.
9Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə.
10Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir,
11Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
12Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
13Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
14Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam.
15Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də.
16Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.

Read Zəbur 71Zəbur 71
Compare Zəbur 71:1-16Zəbur 71:1-16