Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 6

Zəbur 6:3-9

Help us?
Click on verse(s) to share them!
3Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
4Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
5Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək?
6Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
7Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
8Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
9O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!

Read Zəbur 6Zəbur 6
Compare Zəbur 6:3-9Zəbur 6:3-9