8Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!
9Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.
10Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
11Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun.
12Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
13Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm.