Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 66

Zəbur 66:6-12

Help us?
Click on verse(s) to share them!
6Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək!
7Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela
8Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!
9Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.
10Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
11Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun.
12Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.

Read Zəbur 66Zəbur 66
Compare Zəbur 66:6-12Zəbur 66:6-12