Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 65

Zəbur 65:2-12

Help us?
Click on verse(s) to share them!
2Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
3Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
4Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
5Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
6Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən.
7Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən.
8Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
9Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
10Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən.
11Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır,
12Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür.

Read Zəbur 65Zəbur 65
Compare Zəbur 65:2-12Zəbur 65:2-12