Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 61

Zəbur 61:1-5

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ey Allah, fəryadımı eşit, Duamı dinlə.
2Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
3Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.
4Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
5Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.

Read Zəbur 61Zəbur 61
Compare Zəbur 61:1-5Zəbur 61:1-5