Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 5

Zəbur 5:1-5

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
2Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
3Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
4Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
5Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.

Read Zəbur 5Zəbur 5
Compare Zəbur 5:1-5Zəbur 5:1-5