Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 59

Zəbur 59:4-17

Help us?
Click on verse(s) to share them!
4Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et,
5Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela
6Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
7Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur.
8Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən.
9Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
10Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
11Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et.
12Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə
13Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela
14Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
15Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar.
16Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.
17Ey mənə qüvvət verən, Səni tərənnüm edəcəyəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən!

Read Zəbur 59Zəbur 59
Compare Zəbur 59:4-17Zəbur 59:4-17