Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 57

Zəbur 57:2-10

Help us?
Click on verse(s) to share them!
2Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. Sela Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
5Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
6Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. Sela
7Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
9Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
10Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir.

Read Zəbur 57Zəbur 57
Compare Zəbur 57:2-10Zəbur 57:2-10