Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 57

Zəbur 57:1-8

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Şauldan qaçıb mağarada gizlənəndə. Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
2Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. Sela Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
5Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
6Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. Sela
7Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.

Read Zəbur 57Zəbur 57
Compare Zəbur 57:1-8Zəbur 57:1-8