1Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
2Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
3Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela
4Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!