Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 51

Zəbur 51:3-19

Help us?
Click on verse(s) to share them!
3Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
4Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
5Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
6Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
7Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.
8Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.
9Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.
10Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
11Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
12Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
13Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.
14Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.
15Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
16Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,
17Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
18Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.
19Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.

Read Zəbur 51Zəbur 51
Compare Zəbur 51:3-19Zəbur 51:3-19