Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 51

Zəbur 51:1-7

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
2Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
3Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
4Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
5Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
6Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
7Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.

Read Zəbur 51Zəbur 51
Compare Zəbur 51:1-7Zəbur 51:1-7