Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 49

Zəbur 49:1-18

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
2Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın!
3Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.
4Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam:
5Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
6Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
7Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.
8Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki,
9İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
10Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
11Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
12İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
13Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. Sela
14Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar.
15Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. Sela
16Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda.
17Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz.
18Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də,

Read Zəbur 49Zəbur 49
Compare Zəbur 49:1-18Zəbur 49:1-18