Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 45

Zəbur 45:3-14

Help us?
Click on verse(s) to share them!
3Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
4Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
6Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
7Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
8Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
9Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
10Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut.
11Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et.
12Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək.
13Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş.
14Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır.

Read Zəbur 45Zəbur 45
Compare Zəbur 45:3-14Zəbur 45:3-14