Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 44

Zəbur 44:5-15

Help us?
Click on verse(s) to share them!
5Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
6Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
7Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
8Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
9İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
10Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
13Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
15Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,

Read Zəbur 44Zəbur 44
Compare Zəbur 44:5-15Zəbur 44:5-15