Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 37

Zəbur 37:9-24

Help us?
Click on verse(s) to share them!
9Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
10Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
13Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
14Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
15Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
16Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
17Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
18Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
19Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.
20Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq.
21Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır.
22Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq.
23Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir.
24Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.

Read Zəbur 37Zəbur 37
Compare Zəbur 37:9-24Zəbur 37:9-24