Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 37

Zəbur 37:3-19

Help us?
Click on verse(s) to share them!
3Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür.
4Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
5Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
6Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq.
7Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
8Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
9Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
10Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
13Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
14Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
15Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
16Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
17Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
18Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
19Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.

Read Zəbur 37Zəbur 37
Compare Zəbur 37:3-19Zəbur 37:3-19