Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 37

Zəbur 37:1-12

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə.
2Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq.
3Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür.
4Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
5Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
6Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq.
7Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
8Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
9Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
10Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.

Read Zəbur 37Zəbur 37
Compare Zəbur 37:1-12Zəbur 37:1-12