Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 35

Zəbur 35:1-9

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş.
2Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
3Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
4Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
5Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
6Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
7Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
8Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
9Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.

Read Zəbur 35Zəbur 35
Compare Zəbur 35:1-9Zəbur 35:1-9