Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 22

Zəbur 22:4-26

Help us?
Click on verse(s) to share them!
4Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin.
5Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.
6Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.
7Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
9Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.
11Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.
12Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.
14Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi.
15Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.
16Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər.
17Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər!
18Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.
19Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
20Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar,
21Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.
22İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm:
23«Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin!
24Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi».
25Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
26Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!

Read Zəbur 22Zəbur 22
Compare Zəbur 22:4-26Zəbur 22:4-26