Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 18

Zəbur 18:44-50

Help us?
Click on verse(s) to share them!
44Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
45Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
46Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
47O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
48O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
49Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm.
50Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

Read Zəbur 18Zəbur 18
Compare Zəbur 18:44-50Zəbur 18:44-50