Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 149

Zəbur 149:2-9

Help us?
Click on verse(s) to share them!
2İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!
3Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin!
4Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
5Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.
6Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.
7Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.
8Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.
9Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

Read Zəbur 149Zəbur 149
Compare Zəbur 149:2-9Zəbur 149:2-9