6Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
7Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
8Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar,
9Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları,
10Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar,
11Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər,
12Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar!