Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 148

Zəbur 148:2-13

Help us?
Click on verse(s) to share them!
2Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin!
3Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin!
4Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin!
5Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar.
6Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub.
7Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
8Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar,
9Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları,
10Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar,
11Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər,
12Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar!
13Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir,

Read Zəbur 148Zəbur 148
Compare Zəbur 148:2-13Zəbur 148:2-13