Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 147

Zəbur 147:1-8

Help us?
Click on verse(s) to share them!
1Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
2Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
3O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
4Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
5Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
6Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
7Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
8O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.

Read Zəbur 147Zəbur 147
Compare Zəbur 147:1-8Zəbur 147:1-8