Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 145

Zəbur 145:13-20

Help us?
Click on verse(s) to share them!
13Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.
14Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır.
15Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
17Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
18Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
19Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
20Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər.

Read Zəbur 145Zəbur 145
Compare Zəbur 145:13-20Zəbur 145:13-20