Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 145

Zəbur 145:1-18

Help us?
Click on verse(s) to share them!
1Davudun həmd nəğməsi. Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.
2Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.
3Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz.
4Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək.
5Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm.
6İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm.
7İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər.
8Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir.
9Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
10Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək.
11Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.
12Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
13Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.
14Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır.
15Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
17Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
18Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.

Read Zəbur 145Zəbur 145
Compare Zəbur 145:1-18Zəbur 145:1-18