Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 144

Zəbur 144:9-14

Help us?
Click on verse(s) to share them!
9Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm.
10Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran.
11Məni yadellilərin əlindən xilas et, Sən məni azad et! Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
12Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
13Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
14Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin.

Read Zəbur 144Zəbur 144
Compare Zəbur 144:9-14Zəbur 144:9-14