Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 141

Zəbur 141:5-10

Help us?
Click on verse(s) to share them!
5Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.
6Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib.
8Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.
10Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.

Read Zəbur 141Zəbur 141
Compare Zəbur 141:5-10Zəbur 141:5-10