Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 139

Zəbur 139:3-17

Help us?
Click on verse(s) to share them!
3Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
4Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən.
5Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan.
6Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
7Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım?
8Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan.
9Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə,
10Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq.
11Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün»,
12Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var?
13Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən.
14Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.
15Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı.
16Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.
17Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur!

Read Zəbur 139Zəbur 139
Compare Zəbur 139:3-17Zəbur 139:3-17