Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 119

Zəbur 119:42-55

Help us?
Click on verse(s) to share them!
42Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
43Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
45Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
46Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
47Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
48Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
49Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
50Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
51Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
52Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
53Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
54Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
55Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.

Read Zəbur 119Zəbur 119
Compare Zəbur 119:42-55Zəbur 119:42-55